Emiliano Martines antirekord müəllifi olub. Argentinalı qapıçı dünən tarixə düşüb.
Futbolinfo.az xəbər verir ki, “Aston Villa”nın qapıçısı “Liverpul”la 3:3 hesabı ilə başa çatan matçda avtoqol müəllifi olub. Topu öz qapısına göndərən argentinalı qolkiper bunu 3-cü dəfə bacarıb. Beləliklə, o, İngiltərə Premyer Liqasında heç kimin bacarmadığı uğursuzluğu yaşayıb.
Emiliano 12 ildir müxtəlif ingilis klublarında oynayır. 4 ildir Birmingem təmsilçisində çıxış edən 31 yaşlı qolkiperin “Aston Villa” ilə daha 3 illik anlaşması var.