Aleksandr Usik Tayson Fyuri ilə müqayisədə daha cılız görünməyinə aydınlıq gətirib. Ukraynalı boksçu bunu ciddi qəbul etmədiyini söyləyib.

“Ölçülərin heç bir mənası yoxdur. Əgər belə olsaydı, heyvanların şahı fil olardı”, – deyə Aleksandr özünəməxsus tərzdə bildirib.

Xatırladaq ki, Usiki Fyuri ilə döyüş gözləyir. Bu döyüş şənbə günü baş tutacaq. Həmin gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda böyük boks gecəsi olacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp