PSJ daha 2 futbolçu ilə yollarını ayırmağa qərar verib. Nordi Mukiele və Karlos Soler tezliklə Parisə vida edəcək.

Futbolinfo.az xəbər verir ki, əsas heyətə düşməkdə çətinlik çəkən bu oyunçular baş məşqçi Luis Enrikenin planlarına daxil deyil. İspan çalışdırıcı bu üzdən onların yola salınmasını istəyib. Sözügedən yarımmüdafiəçilərə müştəri çıxarsa, tezliklə satılacaqlar.

26 yaşlı Mukiele 2 il öncə “Leypsiq”dən alınmışdı. 20217-ci ilin yayınadək müqaviləsi olan Konqo əsilli fransalının transfer dəyəri 10 milyon avrodur.

27 yaşlı Soler də Nordi ilə eyni vaxtda “Valensiya”dan transfer edilmişdi. PSJ onun üçün 20 milyon avro tələb edir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp