Azərbaycan Karate Federasiyasının (AKF) kata üzrə 14-17 yaşlı idmançılardan ibarət yığma komandalarının yeni baş məşqçisi müəyyənləşib.

AKF-dən Futbolinfo.az-a verilən məlumata görə, Vüqar Kərimov baş məşqçi vəzifəsinə təyin edilib.

Anar Əhmədov isə Vüqar Kərimovun köməkçisi – böyük məşqçi vəzifəsini icra edəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp