Vinsent Kompani yeni işə başlaya bilər. Belçikalı mütəxəssis bir neçə təklif alıb.

Futbolinfo.az xəbər verir k, “Bernli”ni İngiltərə Premyer Liqasına yüksəldən, lakin elitada saxlamağı bacarmayan çalışdırıcı işi ilə diqqət çəkib. Bu səbəbdən onu dəvətlər çoxalıb.

Hazırkı klubuna 2022-ci ildən başçılıq edən 38 yaşlı mütəxəssisin anlaşması 4 il sonra başa çatacaq. Lakin o, yeni çağırışlar arxasınca yollanmaq niyyətindədir. Roberto de Zerbi ilə yollarını ayıran “Brayton” Kompaniyə maraq göstərir. Amma sabiq müdafiəçi daha cəlbedici çağırış gözləyir. Baş məşqçi axtarışında olan “Bayern”in namizədlərindən biri olan Vinsent, Bundesliqa nəhənginin real addım atmasına ümid edir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp