“İnter” komandası 2019-cu ildən sonra A Seriyasında ilk dəfə böyükhesablı məğlubiyyətlə üzləşib.

Futbolinfo.az xəbər verir ki, bu, 14-cü turdan təxirə salınan “Fiorentina” ilə matça təsadüf edib.

Hazırkı ölkə çempionu səfərdə üç cavabsız qolla uduzub. Milan təmsilçisi son olaraq 2019-cu il mayın 19-da, A Seriyasının 37-ci turunda “Napoli”yə 1:4 hesabı ilə yenilib.

“Fiorentina” – “İnter” matçı dekabrın 1-də yarımçıq dayandırılıb. Meydan sahiblərinin oyunçusu Edoardo Bove sözügedən matçda huşunu itirib və reanimasiyaya yerləşdirilmişdi.

Shares: