Misli Premyer Liqasında klubların mövsümün sonunda tutacaqları təxmini yerlər bəlli olub.
Futbolinfo.az xəbər verir ki, araşdırmaya görə, “Sabah”ın çempionluğu əldən verməsi möcüzəyə bərabərdir.
Hazırda aktivində 72 xal olan qəsəbə təmsilçisinin mövsümü 81 xalla çempion kimi tamamlaması proqnozlaşdırılır. Komandanın çempionluq şansı 99,9 faiz nisbətindədir. Digər 0,1 faiz isə “Qarabağ”a göstərilib. Çempionatda 4-cü yeri “Zirə”nin tutacağı, “Karvan-Yevlax”ın isə Premyer Liqanı tərk edəcəyi ehtimal edilib.
Komandaların mövsümü bitirəcəkləri təxmini yerlər:
1. “Sabah” – 81 xal (99.9%)
2. “Qarabag” (0.1%) – 72
3. “Turan Tovuz” (0%) – 62
4. “Zirə” (0%) – 54
5. “Neftçi” (0%) – 52
6. “Araz-Naxçıvan” (0%) – 47
7. “Sumqayıt” (0%) – 42
8. “Şamaxı” (0%) – 38
9. “İmişli” (0%) – 33
10. “Kəpəz” (0%) – 23
11. “Qəbələ” (0%) – 23
12. “Karvan-Yevlax” (0%) – 17






