“Qəbələ” Turan Manafovu mövsüm başa çatmamış komandadan göndərmək istəyir.

Futbolinfo.az saytının əldə etdiyi məlumata görə, hazırda futbolçu ilə danışıqlar davam edir. Həmçinin onun agenti ilə məsələ müzakirə edilir. Əgər razılıq olarsa, müqavilə ilə Cənubi Afrika Respublikasının “Stellenboş” klubuna məxsus olan oyunçu daha erkən yola salınacaq.

Qeyd edək ki, Turan Manafov yanvarda CAR klubundan icarəyə götürülüb. Onun “Qəbələ”də baş məşqçi Kaxaber Sxadadze ilə yola getmədiyi, hətta əlbəyaxa davaya çıxdığı deyilir.

Shares: