“Qarabağ” Portuqaliyanın “Kaza Pia” klubunun 26 yaşlı mərkəz müdafiəçisi Joao Qulart ilə maraqlanır. Bu haqda “A Bola” nəşri məlumat yayıb.
Mənbə bildirir ki, hələlik “Kaza Pia” rəhbərliyinə rəsmi təklif daxil olmayıb. Hazırda Portuqaliya təmsilçisi bütün diqqətini yüksək liqada qalmağa yönəldib. “Jil Visente”yə 1:2 hesablı məğlubiyyətdən sonra işləri çətinləşən “qazlar” turnir cədvəlində 16-cı pillədə — pley-off zonasında qərarlaşıblar.
Portuqaliya təmsilçisinin rəhbərliyi müdafiəçini təxminən 1,5 milyon avro qarşılığında buraxmağa hazırdır. Lakin futbolçunun özü hazırda komandasının həlledici oyunlar keçirdiyini nəzərə alaraq, transfer məsələləri barədə düşünmək istəmir.





