Misli Premyer Liqasında 21-ci turdan təxirə salınmış “Neftçi” – “Qarabağ” matçının təyinatları məlum olub.
Futbolinfo.az xəbər verir ki, bu barədə PFL-in rəsmi saytı məlumat yayıb.
Qarşılaşmanı Kamranbəy Rəhimov idarə edəcək.
30 aprel (cümə axşamı)
“Neftçi” – “Qarabağ”
Hakimlər: Kamranbəy Rəhimov, Rəhman İmami, Müslüm Əliyev, Rəşad Əhmədov
VAR: Elçin Məsiyev
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Palms Sports Arena”, 20:00





