“Bayern”in hücumçusu Harri Keyn Çempionlar Liqasında unikal nailiyyətə yiyələnib.
Futbolinfo.az xəbər verir ki, 32 yaşlı hücumçu ötən gecə yarımfinal mərhələsinin PSJ ilə ilk oyununda fərqlənib.
Keyn ÇL-də çıxdığı ardıcıl 6-cı matçda qol vurmuş olub. Nəticədə o, turnirdə ingiltərəli futbolçular arasında rekord qırıb.
Keyn əvvəlki beş Çempionlar Liqası matçında – “Union”, PSV, “Atalanta” və “Real”la (həm ilk, həm də cavab oyununda) görüşlərdə fərqlənib.
Ümumilikdə Keyn son 6 matçda 8 qol vuraraq, 2008-ci ildə ardıcıl beş oyunda fərqlənən Stiven Cerrardın rekordunu qırıb.





