“Milan” Santi Ximenesi satmaq istəyir. İtaliya klubu ümidi doğrultmayan hücumçu üçün hətta 25 milyon avro təklif göndərənlərlə də razılaşacaq. Amma bu, minimum həddir.
Futbolinfo.az xəbər verir ki, “rossonyerlər”in ötən ilin qışında “Feyenoord”dan 30 milyon avroya transfer etdiyi forvard bərbad statistikaya malikdir. O, keçirdiyi 12 oyunda cəmi 1 qol vura bilib.
25 yaşlı meksikalının bir neçə müştərisi var. Amma heç kim onu birdəfəlik almağa risk etmir. “Milan” 2029-cu ilin yayınadək müqaviləsi olan forvardı hətta icarəyə də verməyə razıdır.





