Beynəlxalq Basketbol Federasiyası (FIBA) İsveçrədəki qərargahında MBA və Avroliqa nümayəndələri ilə keçirilən görüşdən sonra bəyanat yayıb.

“Görüşdə Avropa basketbolunun gələcəyi və mümkün əməkdaşlıq sahələri ilə bağlı konstruktiv müzakirələr aparılıb. Hər üç tərəf dialoqu qarşıdakı həftələrdə davam etdirmək barədə razılığa gəliblər”, – deyə bəyanatda qeyd edilir.

Xatırladaq ki, bir müddət əvvəl verilən məlumata görə, tərəflər beynəlxalq basketbol məkanında birlik yaratmaq və Avropa basketbolunun Avroliqa və FIBA Superliqasına bölündüyü 2000/2001 mövsümünün təkrarlanmasının qarşısını almaq üçün səy göstərirlər.

Shares: