MBA-da bu gecə 3 oyun keçirilib. Nəticədə seriyalardan birində qalib müəyyənləşib.

“San Antonio Spörs” evdə “Portlend Treyl Bleyzers”ə qalib gəlib – 114:95. Bununla da seriyada hesab 4:1 olub.

“Nyu-York Niks” 126:97 hesabı ilə “Atlanta Houks”a qalib gəlib. Bu qələbə sayəsində Nyu-York təmsilçisi seriyada 3:2 önə keçib. 39 xal toplayan Branson görüşün qəhrəmanı olub.

Bostonda Filadelfiya komandası qalib gəlməklə (113:97) seriyanın bitməsinə imkan verməyib. Maraqlıdır ki, “Seltiks” hesabda öndə olsa da, son 14 cəhdi uğursuz yerinə yetirib. Qonaq komandanın ulduzu Coel Embiid 33 xal toplayıb.

Shares: