Basketbol üzrə Avroliqa turnirində pley-off seriyasına 3 oyunla start verilib.
İstanbulda keçirilən qarşılaşmada “Fənərbağça” Litvanın “Jalgiris” komandasına qalib gəlib – 89:78. Türkiyə millisinin üzvü Tarik Biberoviç oyunu 26 xalla tamamlayıb.
“Olimpiakos” da seriyaya qələbə ilə başlayıb. Yunanıstanda keçirilən oyunda “Monako” məğlub edilib – 91:70. Saşa Vezenkov oyunu 20 xalla bitirib. Komanda yoldaşı Milutinov isə 14 xal və 10 ribaundla dabl-dabl edib.
“Valensiya” – “Panatinaikos” oyunu isə qonaqların qələbəsi ilə başa çatıb – 68:67. Oyunun qəhrəmanı Kendrik Nan olub. 21 xal toplayan müdafiəçi həlledici atışın da müəllifidir.





