Bu gün Azərbaycan Basketbol Liqasında final seriyasına start verilir.

Həlledici raundda “Sabah” və “Abşeron Lions” komandaları münasibətlərə aydınlıq gətirəcək. Seriyanın ilk qarşılaşması Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək.

Xatırladaq ki, seriyada üç qələbəyə tez çatan komanda Azərbaycan çempionu olacaq.

Shares: