Türkiyənin “Sivasspor” klubu “Sabah”da çıxış edən Velko Simiçlə müqaviləsini ləğv edib. Bu barədə futbolinfo.az saytına Sivas klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Karacalı məlumat verib.
O bildirib ki, futbolçunun artıq onlarla sözləşməsi yoxdur.
Maraqlıdır ki, Simiç “Sabah”a mövsümün əvvəlində icarə əsasında qoşulub. Yarımmüdafiəçi həmin vaxt “Sivasspor” klubuna məxsus olub. Görünən odur ki, Türkiyə təmsilçisi müqaviləni birtərəfli şəkildə ləğv edib.
“Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov isə bildirib ki, Velko Simiç Masazır klubunda icarə əsasında çıxış edir: “Bizim oyunçu ilə fərdi anlaşmamız əsasında müqavilə öhdəlikləri yerinə yetirilir”.
Qeyd edək ki, Velko Simiç 2025-ci ilin yayından “Sabah”da çıxış edir. O, Masazır təmsilçisinin heyətində 11 qol vurub, 4 qol ötürməsi edib. İndi onun klubda qalıb-qalmayacağı maraq doğurur. Simiç azad agentə çevrildiyindən “Sabah”ın onunla anlaşmaq şamsı çoxalıb.






