Bruno Fernandes “Mançester Yunayted” klubunda Kristiano Ronaldonun nailiyyətini təkrarlayıb.

Futbolinfo.az xəbər verir ki. 31 yaşlı yarımmüdafiəçi buna Premyer Liqanın 34-cü turunda “Brenford”u məğlub etdikləri oyunda (2:1) nail olub.

Görüşdə məhsuldar ötürmə ilə yadda qalan oyunçu çempionatda 140 qolun vurulmasında (70 qol, 70 assist) yaxından iştirak edib.

Ronaldo “qırmızı şeytanlar”da 103 qol və 37 assist müəllifi olub.

2020-ci ildən “Mançester Yunayted”də çıxış edən Bruno Fernandes cari mövsüm 33 matçda 8 qol və 20 məhsuldar ötürmə ilə yadda qalıb.

Shares: