Snukerin əfsanəsi 50 yaşlı Ronni O’Sallivan İngiltərənin Şeffild şəhərindəki əfsanəvi “Krakbl Teatrı”nda keçirilən Dünya Çempionatında iştirakını başa vurub. Yeddiqat dünya çempionu 1/8 finalda dünya reytinqinin beşincisi Con Hiqqinsə 12:13 hesabı ilə məğlub olub.
Dördqat dünya çempionu Hiqqinsin Dünya Çempionatının 1/4 finalındakı rəqibi Neil Robertson olacaq.
Sallivandan başqa dünya reytinqinin lideri Cadd Tramp və ikiqat dünya çempionu Mark Selbi də ¼ finala vəsiqə qazana bilməyib.
Xatırladaq ki, snuker üzrə Dünya Çempionatı mayın 4-də yekunlaşacaq. Qalib 574 000 avro qazanacaq.






