“UA-Football” portalının məlumatına görə, Miron Markeviç Ukrayna milli komandasının baş məşqçisi vəzifəsinə əsas namizəd hesab olunur. Yaxın günlərdə milli komandanın yeni məşqçisi ilə bağlı qərar verilə bilər və 75 yaşlı mütəxəssis hazırda ən optimal seçim sayılır.

Ukrayna Futbol Assosiasiyasının rəhbəri Andrey Şevçenko bu namizədi tam dəstəkləməsə də, ona yaxın adamlar Markeviçin hazırda ən uyğun seçim olduğunu israr edirlər.

Xatırladaq ki, keçən həftə Ukrayna Futbol Assosiasiyası Rebrovun milli komandanın baş məşqçisi vəzifəsindən istefa verdiyini elan etmişdi. Markeviç 2010-cu ildə 4 oyunda milli komandanın baş məşqçisi olub. Onun son iş yeri “Karpatı” komandasıdır.

Shares: