“Real”ın televiziyası Rikardo Rodrigesin əlinə topun toxunuşunu 245 dəfə göstərib. Klub televiziyası “Betis”lə matçın gedişində baş verən mübahisəli hadisəyə diqqəti bu cür yönəltməyə çalışıb.

La Liqanın 32-ci turunda baş tutan oyun 1:1 hesabı ilə başa çatıb. Hakim Sezar Soto Qradonun idarə etdiyi oyunun 23-cü dəqiqəsində Brahim Diasın yaxın məsafədən vurduğu zərbədən sonra top müdafiəçi Rikardo Rodrigesin əlinə dəymişdi. Hakim qayda pozuntusu görməmiş və VAR da müdaxilə etməmişdi.

“Mundo Deportivo”nun məlumatına görə, matçdan sonra Madrid klubunun kanalındakı “Hoy Jugamos” proqramı hadisəni 245 dəfə təkrarlayıb. Aparıcılar hakimlərin Rodrigesin hərəkətinə görə penalti təyin etməmək qərarını ciddi şəkildə tənqid ediblər.

Shares: