MBA-da bu gecə pley-off seriyasının 3 oyunu keçirilib. Onlardan birində artıq qalib müəyyənləşib.

“Oklahoma Siti Tanders” 4-cü oyunda da “Finiks Sans”ı məğlubiyyətə uğradıb – 131:122. Beləliklə də, son çempion konfrans yarımfinalına yüksəlib. Şey Gilgs Aleksander görüşü 31 xalla tamamlayıb.

Şərq konfransında çempionatı birinci yerdə başa vuran “Detroyt Pistons”un vəziyyəti isə acınacaqlıdır. Orlandoda keçirilən 4-cü oyunda da meydan sahibləri qələbə qazanıblar – 94:88. Bununla da seriyada hesab 3:1 “Mecik”in xeyrinədir.

“Denver Naggest” isə seriyanın başa çatmasına imkan verməyib. Doğma meydanda komanda Minnesota təmsilçisinə qalib gəlib – 125:113. Bununla da seriyada hesab arasındakı fərq azalıb. “Timbervulvz” hələlik öndədir – 3:2.

Shares: