“Sportico” jurnalı dünyanın ən dəyərli futbol klublarının yenilənmiş reytinqini dərc edib.
Siyahı klubların ictimaiyyətə açıq maliyyə hesabatları, “Deloitte”nin araşdırması, futbol maliyyə mütəxəssislərinin təhlili və nəşrin öz hesablamaları əsasında tərtib edilib.
Klub gəlirləri üç əsas sahə üzrə qiymətləndirilib: televiziya hüquqları, kommersiya fəaliyyəti və oyun günü.
İlk 50-liyə ən çox klub MLS-dən daxil olub. Amerika liqasının 18 klubu siyahıda var. Lakin onlardan heç biri ilk 10-luğa düşə bilməyib. Reytinqə 7,7 milyard dollar dəyərlə “Real” başçılıq edir. Qeyd edək ki, ilk 10 yerdə 6 Premyer Liqa klubu var.
2026-cı ildə dünyanın ən dəyərli 10 klubu:
Real — 7,7 milyard dollar
Barselona — 6,65 milyard dollar
Mançester Yunayted — 6,47 milyard dollar
Bayern — 5,78 milyard dollar
Liverpul — 5,74 milyard dollar
Mançester Siti — 5,7 milyard dollar
Arsenal — 5,43 milyard dollar
PSJ — 5 milyard dollar
Çelsi — 4 milyard dollar
Tottenhem — 3,5 milyard dollar






