Kevin Medina “Qarabağ”ın heyətində 200-cü oyununu keçirib. Kolumbiyalı müdafiəçinin yubileyi Misli Premyer Liqasının XXIX turunun “Neftçi” ilə görüşünə (5:1) təsadüf edib. O, 200 matçda 6 qola imza atıb.

Bu görüş Kevinin çempionatda 117-ci (3 qol) oyunu olub. O, avrokuboklarda 69 (3 qol), ölkə kubokunda 14 dəfə meydana çıxıb.

Qeyd edək ki, cənubi amerikalı 2020-ci ilin yayından “Qarabağ”da forma geyinir.

Shares: