Avstriyanın “Red Bull” komandasının 21 yaşlı fransız sürücüsü Ayzek Həcər MLS-də keçirilən “İnter Mayami” və “Nyu İnqland Revoluşn” arasında futbol matçının püşkatmasında iştirak edib. Oyun 1:1 hesabı ilə başa çatıb.

Ayzek püşkatmanı komanda kapitanları, argentinalı Lionel Messi və ispaniyalı Karles Gilin qarşısında edib.

Qeyd edək ki, Ayzek Həcər hazırda Formula 1 üzrə dünya çempionatının turnir cədvəlində 4 xalla 12-ci yerdədir. Pilot keçən ildən etibarən “Red Bull” komandasında çıxış edir.

Shares: