Badri Kvaratsxeliya oğlunun İngiltərə Premyer Liqası klublarının maraq dairəsində olduğu barədə şayiələr fonunda PSJ-də gələcəyi ilə bağlı fikirlərini bölüşüb.
“Xviça çox güclü və uğurlu bir klubda oynayır, burada sevilir və etibar edilir. O, Çempionlar Liqasının qalibi və hazırkı turnirin yarımfinalçısı olan bir komandanın əsas oyunçusudur. Niyə ayrılmağı düşünməlidir?! Əgər Paris klubu tərəfdaşlığımızı davam etdirmək istəyini itirərsə, biz də ayrılmağı düşünərdik, amma hazırda bu, müzakirə mövzusu deyil. Fransa millisinin aparıcı oyunçuları ilə rəqabət aparmasına baxmayaraq, Xviça demək olar ki, həmişə start heyətində olur və PSJ rəhbərliyi onun komanda üçün əvəzolunmaz oyunçu olduğunu vurğulayır. Bəli, “Arsenal” və digər İngiltərə klublarından tez-tez maraq göstərdikləri xəbərləri gəlir, amma oğlum bu cür şayiələrə əhəmiyyət vermir. O, Avropanın ən güclü komandasının ən yaxşı oyunçularından biridir. O, dəyərlidir, sevilir və yaxşı oynayır – niyə klub dəyişmək barədə düşünsün?! Xviça yalnız komandanın maraqları və kluba necə kömək etmək və vətəninə şöhrət gətirmək barədə düşünür”, – deyə Azərbaycan millisinin keçmiş futbolçusu bildirib.
Bu mövsüm Kvaratsxeliya bütün yarışlarda 42 oyun keçirib, 16 qol vurub və 9 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2029-cu ilin yayına qədərdir.
“Transfermarkt”ın məlumatına görə, Gürcüstan millisinin oyunçusunun bazar dəyəri 90 milyon avrodur.






