“Barselona” Markus Reşfordun icarə müddətini uzatmağa ümid edir.

Razılaşmaya görə, klub forvardı 30 milyon avroya transfer etməlidir. Lakin “Sky Sport”un jurnalisti Florian Plettenberqin məlumatına görə, “Barselona” oyunçunu bu məbləğə almaqda maraqlı deyil və başqa bir icarə müqaviləsinə üstünlük verir.

Belə bir razılaşma baş tutmazsa, “Barselona” transfer dəyərini azaltmağa çalışacaq. Hazırda “Mançester Yunayted”lə danışıqlar aparır.

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik ingilis futbolçunun komandada qalmasında maraqlıdır.

Reşford bu mövsüm La Liqada 28 oyun keçirib, 7 qol vurub və 6 məhsuldar ötürmə edib.

Shares: