Yaxın Şərqdəki münaqişə bir sıra idman tədbirlərinin keçirilməsinə mane olur. Bunlardan biri də güləş üzrə dünya çempionatıdır.

Dünyanın ən güclü güləşçilərinin mübarizəsinə Bəhreyn ev sahibliyi etməli idi. Lakin İran ətrafındakı hadisələr tədbirin yerinin dəyişdirilməsinə səbəb olub. Artıq rəsmən dünya çempionatının Bəhreyndə keçirilməyəcəyi elan edilib.

Xatırladaq ki, turnir sentyabrın 5-dən 13-dək keçirilməlidir. Hazırda dünya güləş ittifaqı alternativ variantlar üzərində çalışır. Yarışların Qazaxıstan və Özbəkistanda keçirilmə ehtimalı yüksək qiymətləndirilir.

Shares: