Formula 1-də 2027-ci il mövsümünün təqviminin ilkin versiyası məlum olub. Çempionat  Bəhreyn Qran-Prisi ilə başlayacaq.

Qeyd edək ki, bu il mövsüm Avstraliya başlamışdı. Buna da səbəb Ramazan ayı idi.

“Planet F1”in məlumatına görə, növbəti mövsümün 14 martda Bəhreyn, bir həftə sonra isə Səudiyyə Ərəbistanı Qran-Prisi ilə start verməsi gözlənilir.

Avstraliya Qran-Prisi gələn il üçüncü olacaq və aprelin 4-də baş tutacaq.

Azərbaycan mərhələsinin gələn il də sentyabrda keçirilməsi planlaşdırılır. Bakıdakı yarış 26-da təşkil ediləcək. Bakıdan bir həftə əvvəl isə komandalar Türkiyədə yarışacaq.

2027-ci il çempionatının ilkin təqvimi belədir:

Bəhreyn – 14 mart

Səudiyyə Ərəbistanı – 21 mart

Avstraliya – 4 aprel

Çin – 11 aprel

Yaponiya – 25 aprel

Mayami – 9 may

Kanada – 23 may

Monako – 6 iyun

Portuqaliya – 13 iyun

Avstriya – 27 iyun

Britaniya – 4 iyul

Belçika – 18 iyul

Macarıstan – 25 iyul

İspaniya – 29 avqust

İtaliya – 5 sentyabr

Türkiyə – 19 sentyabr

Azərbaycan – 26 sentyabr

Sinqapur – 10 oktyabr

ABŞ – 24 oktyabr

Meksika – 31 oktyabr

Braziliya – 7 noyabr

Las Veqas  – 20 noyabr

Qətər – 28 noyabr

Əbu Dabi – 5 dekabr

Shares: