“Sabah”ın futbolçusu Aleksey İsayev 2 oyunluq cəzalandırılıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib.

Misli Premyer Liqasının 29-cu turunda “Karvan-Yevlax”la matçın 64-cü dəqiqəsində ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alan yarımmüdafiəçiyə görə bakılılar 1000 manat cərimələnib.

Oyun bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə ev sahibləri daha 6500 manat xərcə düşüb.

36-cı dəqiqədə Qavi Tompson ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalanıb, klubu “Karvan-Yevlax” 500 manat cəriməyə məruz qalıb.

Bundan başqa, “Şamaxı” ilə görüşdə heyətində 5 nəfər sarı vərəqə aldığı üçün “Kəpəz” 700 manat cərimələnib.

Shares: