Beynəlxalq Futbol Federasiyasının (FIFA) prezident seçkiləri 2027-ci ildə Mərakeşdə keçiriləcək. Bu barədə “RMC Sport” məlumat verib.
Seçkilər təşkilatın 77-ci Konqresi zamanı keçiriləcək.
FIFA-nın İtaliyadan olan prezidenti Canni İnfantino 2016-cı ilin fevral ayında keçirilən fövqəladə konqresdə seçilib. O, təşkilat daxilində çoxsaylı korrupsiya qalmaqallarından sonra istefa verən isveçrəli Zepp Blatterin yerinə keçib.
2019 və 2023-cü illərdə İnfantinonun seçkilər zamanı rəqibi olmayıb.






