Misli Premyer Liqasında sona 4 tur qalmış çempionluğu rəsmiləşdirən “Sabah” 2026-27 mövsümündə Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək.
Futbolinfo.az saytının məlumatına görə, qəsəbə təmsilçisi ilk dəfə qitənin ən nüfuzlu klub turnirinə qatılacaq.
1-ci təsnifat mərhələsində mübarizəyə qoşulacaq “Sabah”ın püşkatma zamanı hansı səbətdə yer alacağı hazırda qeyri-müyyəndir. Valdas Dambrauskasın yetirmələrinin hesabında 6,000 əmsal var. “Sabah”ın durumu hazırda qeyri-müəyyən görünsə də, səpələnməmişlərə – yəni zəiflərə qoşulacağını proqnozlaşdırmaq olar.
Əlbəttə ki, bu, digər çempionatların qızıl medalçılarından asılı olacaq. Hazırkı duruma əsasən, 1-ci təsnifat mərhələsində iştirakı dəqiqləşən komandaların yer alacaqları səbətlər aşağıdakı kimidir:
Səpələnmişlər: “Çelye” (Sloveniya), “Şemrok Rovers” (İrlandiya), “KuPS” (Finlandiya), “Linkoln” (Cəbəllüttariq), “Vikinqur” (Reykyavik, İslandiya) “Kayrat” ( Qazaxıstan);
Səpələnməmişlər: “İberiya” (Gürcüstan), “Tre Fiori” (San Marino), “Vitebsk” (Belarus);
Qeyri-müəyyənlər: “Riqa” (Latviya), “Klaksvik” (Farer adaları), “Flora” (Estoniya), “Larne” (Şimali İrlandiya), TNS (Uels), “Sabah” (Azərbaycan), “Kauno” (Litva).






