“Neftçi” “Qarabağ” önündə uğursuz seriyalara son qoyub.

Futbolinfo.az saytı xəbər verir ki, “ağ-qaralar” Misli Premyer Liqasının 21-ci turundan təxirə salınan oyunda Ağdam təmsilçisini məğlub edərək bunu reallaşdırıb.

“Palms Sports Arena”da baş tutan qarşılaşmada Bakı klubu 2:1 hesablı qələbə qazanıb. “Neftçi” bununla 18 oyunluq qalibiyyət həsrətinə son qoyub. Ötən 18 qarşılaşmanın yalnız 1-də paytaxt komandası aktivinə 1 xal yazdırmaqla təsəlli tapmışdı.

“Neftçi” axırıncı dəfə 2021-ci il mayın 19-da ev matçında “Qarabağ”ı 1:0 hesabı ilə üstələmiş və çempionluğu bayram etmişdi. 5 ildə sonra gələn qələbə isə komandanı sona 4 tur qalmış 4-cü pilləyə yüksəldib.

“Neftçi” həm də “Qarabağ”ın ardıcıl 11 oyunluq qələbə seriyasına son qoyub. 2023-cü ilin mayından bəri ölkə çempionatı çərçivəsində təşkil olunan Azərbaycan derbilərinin hamısında ağdamlılar 3 xal qazanmışdılar.

Shares: