“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan və Litva tarixinə düşüb.

Futbolinfo.az saytının məlumatına görə, o, Azərbaycan çempionatının qalibi olan ilk litvalı çalışdırıcı kimi yaddaşa keçib.

Dambrauskas həm də son 16 ildə Premyer Liqamızda qızıl medalları qazanan ilk əcnəbi baş məşqçidir. Ona qədər sonuncu dəfə 2009-2010 mövsümündə bu hal yaşanmışdı. Hazırda “Qəbələ”nin “sükanı arxasında” olan gürcüstanlı Kaxaber Sxadadze həmin vaxt “İnter”lə finişə birinci çatıb.

Ümumiyyətlə, Dambrauskas Azərbaycan çempionluğuna yiyələnən 4-cü əcnəbi baş məşqçidir. İlk dəfə bunu 2007-2008 mövsümündə Valentin Xodukin bacarıb. Ukraynalı “İnter”lə çempionluq sevinci yaşayıb. Növbəti mövsüm isə şimali makedoniyalı Qyoko Haciyevski “Bakı”nı çempionluğa daşıyıb.

Qeyd edək ki, yerli mütəxəssislər ümumilikdə 29 dəfə ölkə çempionluğunu əldə edib. Bu baxımdan rekord 11 çempionluqla “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova məxsusdur.

Shares: