“Real”ın futbolçuları komandanın yeni baş məşqçisi kimi Joze Mourinyodansa Yurgen Kloppu üstün tutur. “Cadena SER”in jurnalisti Qonsalo Alvaresin verdiyi məlumata görə, oyunçular Mourinyonun məşqçilik tərzinin komanda daxilində gərginliyə səbəb ola biləcəyini güman edirlər.

Qeyd olunur ki, portuqaliyalı məşqçi daha iddialı və intriqalı yanaşması ilə tanınır, Klopp isə oyunçular tərəfindən daha çox bəyənilir.

Alvares həmçinin klub prezidenti Florentino Peresin Klopp variantının daha cəlbedici olduğunu başa düşdüyün qeyd edib, lakin eyni zamanda Mourinyonun qayıdışının mediaya təsiri də diqqətdən yayınmır.

Xatırladaq ki, tərəflər arasında hələlik rəsmi danışıqlar aparılmayıb.

Shares: