Dünyaca məşhur Goal.com saytı 2025/2026 mövsümü üçün “Qızıl top” mükafatına namizəd olanların reytinqini yeniləyib. “Bayern”in hücumçusu Harri Keyn siyahıya başçılıq edir.
Tərtib edilən reytinqdə ilk 10-luq belədir:
Harri Keyn (“Bayern”)
Maykl Olise (“Bayern”)
Lamin Yamal (“Barselona”)
Luis Dias (“Bayern”)
Erlinq Haaland (“Mançester Siti”)
Kilian Mbappe (“Real”)
Usman Dembele (PSJ)
Deklan Rays (“Arsenal”)
Xviça Kvaratsxeliya (PSJ)
Xulian Alvares (“Atletiko”)
Qeyd edək ki, Lionel Messi və Kriştianu Ronaldo da siyahıya salınaraq müvafiq olaraq 13-cü və 14-cü yerləri tutublar. Nüfuzlu mükafat payızda təqdim olunacaq.






