Məhəmməd Salah “Fənərbağça”nın oyunçusu ola bilər. “Liverpul”un cinah oyunçusu karyerasını məhz Türkiyədə davam etdirməyə yaxındır.
Türkiyənin “A Spor” telekanalının məlumatına görə, İstanbul klubu mövsümün sonunda “mersisaydlılar”dan ayrılacaq 33 yaşlı misirlinin agenti ilə artıq iki dəfə görüşüb. Hələlik danışıqlar bir nəticə verməyib.
Salah ildə 20 milyon avro maaş istəyib. Futbolçunun Avropada oynamaq istəyi Türkiyə klubunu müəyyən qədər ümidləndirib.






