Bakıda təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan millisi ikinci yoldaşlıq oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, komanda yenə Belarus millisi ilə qarşılaşıb.
Su İdmanı Sarayında təşkil olunan görüş millimizin 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları Ramil Əliyev, İsa Zeynallı, Bayram Bayramlı və Sahib Məmmədov vurublar.
Xatırladaq ki, Azərbaycan millisi ilk oyunda bu rəqibə 1:3 hesabı ilə uduzub.






