İngiltərənin ən nüfuzlu nəşrlərindən sayılan “The Daily Mail” qəzeti Premyer Liqanın 2025/2026 mövsümünün ən pis 10 transferinin siyahısını dərc edib.
Siyahıda “Çelsi”nin üç yeni transferi var: Alexandro Qarnaço, Ceymi Gittens və Liam Delap. “Nyukasl”ın hücumçusu Yohan Vissa isə birinci yerdədir.
“The Daily Mail” qəzetinin versiyasına görə 2025/26 mövsümünün ən pis 10 transferi:
1. Yohan Vissa (“Brentford”dan “Nyukasl”a) — 55 milyon funt sterlinq
2. Ceyms Makate (“Mançester Siti”dən “Nottingem Forest”ə) — 30 milyon funt sterlinq
3. Harvi Elliott (“Liverpul”dan “Aston Villa”ya) — icarə
4. Aleksandr İsak (“Nyukasl”dan “Liverpul”a) – 125 milyon funt sterlinq
5. Alexandro Qarnaço (“Mançester Yunayted”dən “Çelsi”yə) – 40 milyon funt sterlinq
6. Con Arias (“Fluminense”dən “Vulverhempton”a) – 15 milyon funt sterlinq
7. Konor Qallaher (“Atletiko” Madriddən “Tottenhem”ə) – 35 milyon funt sterlinq
8. Ceymi Gittens (“Borussiya” Dortmunddan “Çelsi”yə) – 48,5 milyon funt sterlinq
9. Xavi Simons (“RB Leypsiq”dən “Tottenhem”ə) – 52 milyon funt sterlinq
10. Liam Delap (“İpsviç”dən “Çelsi”yə) – 30 milyon funt sterlinq






