“Neftçi”nin “Qarabağ” üzərində qələbəsi “Sabah”ın Azərbaycan çempionluğunu mövsümün başa çatmasına 4 tur qalmış rəsmiləşdirməsinə imkan verib. Beləliklə, klub tarixində ilk dəfə qızıl medallara sahib çıxan paytaxt təmsilçisi mayın 3-də səfərdə “Şamaxı” ilə üz-üzə gələcək.

Görüş öncəsi əsas müzakirə mövzularından biri də meydan sahiblərinin rəqib üçün çempionluq dəhlizi təşkil edib-etməyəcəyidir.

Məsələ ilə bağlı futbolinfo.az saytına açıqlama verən “Şamaxı”nın mətbuat xidmətinin rəhbəri Yusif Hüseynov klubun mövqeyini belə ifadə edib: “Bəli, Sabah”la oyunda çempionluq dəhlizi olacaq. Ötən mövsümdə də “Qarabağ” çempion kimi komandamızın qonağı olmuşdu və biz klub olaraq onlara da çempionluq dəhlizi təşkil etmişdik. Ümumilikdə bu, klubumuzun prinsipial qərarıdır – hansı komanda bizə qarşı oyuna çempion statusunda çıxırsa, ona çempionluq dəhlizi qururuq”.

GÜNAY SÜLEYMANOVA

Shares: