Premyer Liqanın 30-cu turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Turan Tovuz” oyununun biletləri sabah saat 12:00-dan etibarən satışda olacaq.

Futbolinfo.az xəbər verir ki, bu barədə Ağdam klubu məlumat yayıb.

Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir və 5–20 manat aralığındadır.

Biletlər bu gün saat 12:00-dan etibarən iTicket.az-da onlayn satışdadır.

Oyun günü isə azarkeşlər biletlərini stadionun kassalarından və ya iTicket.az-dan əldə edə bilərlər.

Qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.

Shares: