“İmişli”nin yarımmüdafiəçisi Luis Silvestrin futbolinfo.az saytına müsahibəsi
– Misli Premyer Liqasının 29-cu turunda “Sumqayıt”a 0:2 hesablı məğlubiyyəti necə dəyərləndirirsən?
– Bizim üçün bu, olduqca çətin bir nəticə idi. Ev sahibi kimi “Sumqayıt”la qarşılaşmanın asan olmayacağını əvvəlcədən bilirdik. Üstəlik, optimal formada deyildik. Təəssüf ki, oyunun taleyini həll edən və bizə baha başa gələn səhvlərə yol verdik.
– Məğlub olsanız da, əsas liqada qalmaq uğrundakı rəqibləriniz də xallar itirdi. Buna görə sevindiniz?
– Müəyyən mənada, bəli. Bu nəticə turnir cədvəlində vəziyyəti nisbətən tarazlaşdırır. Lakin eyni zamanda anlayırıq ki, hər şey yalnız öz əlimizdədir və yalnız öz gücümüzə arxalanmalıyıq. Əsas hədəf isə oyunlarımızda maksimum xal toplamaqdır.
– Artıq 10-cu yerlə aranızda 8 xallıq fərq var. Bu sizə rahatlıq verir?
– Bu, vacib üstünlükdür, amma hələ heç nəyin təmin olunduğu anlamına gəlmir. Futbolda hər şey tez dəyişə bilər. Ona görə də diqqətimizi cəmləməli və oyundan-oyuna çalışmalıyıq.
– Hər kəs düşünür ki, “İmişli” Premyer Liqada yerini artıq təmin edib. Bununla razısız?
– Hazırda bunu demək tezdir. Nisbətən daha rahat mövqedə olsaq da, riyazi baxımdan hələ çox məqam qeyri-müəyyəndir. Qarşıya qoyulan məqsədə çatdığımızı isə yalnız bu, rəsmən təsdiqləndikdən sonra deyə bilərik.
– Növbəti turda “Araz-Naxçıvan”la üz-üzə gələcəksiz. Bu rəqibi məğlub edə biləcəksiz?
– Yaxşı təşkil olunmuş komanda olan “Araz-Naxçıvan”la çətin oyun olacağını bilirik. Amma yaxşı hazırlaşacağıq və meydana qalib gəlmək məqsədilə çıxacağıq.
FƏRİD






