Almaniyanın “Bayer” klubunda yeni müqavilə qeydə alınıb.
Futbolinfo.az xəbər verir ki, Edmond Tapsobanın sözləşməsi uzadılıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Leverkuzen təmsilçisi Burkina-Faso millisinin üzvü ilə 2031-ci ilin yayında kimi sözləşmə imzalayıb.
“Bayer” Tapsobanı 2020-ci ilin yayında “Vitoriya”dan transfer edib. 27 yaşlı mərkəz müdafiəçisi bu mövsüm Leverkuzen təmsilçisinin heyətində 41 rəsmi matçda 5 qol vurub və 3 məhsuldar ötürmə edib.






