Bir müddətdir zədə süzündən meydana çıxmayan “İmişli”nin əsas qapıçısı Andrey Sinenkanın son durumuna aydınlıq gəlib.
Bölgə klubunun mətbuat xidmətinin rəhbəri Leyla Behbudlu futbolinfo.az saytına açıqlamasında bu barədə məlumat verib: “Andrey Sinenka hazırda bərpa prosesini davam etdirir və həkimlərin proqnozuna əsasən, onun 32-ci turda “Qarabağ”la keçiriləcək oyuna qədər hazır vəziyyətə gələcəyi gözlənilir. Bu müddət ərzində Hüseynəli Quliyev üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirərək sabit və etibarlı oyun nümayiş etdirir”.
Qeyd edək ki, belaruslu qolkiper 26-cı tur çərçivəsində “Turan Tovuz”a qarşı keçirilən görüşdə zədələnərək oyunu davam etdirə bilməyib. O, matçın 83-cü dəqiqəsində Quliyevlə əvəzlənmişdi.
GÜNAY SÜLEYMANOVA





