“Yuventus” Anjelo Ştillerlə maraqlanır. Tanınmış jurnalist Florian Plettenberqin sözlərinə görə, klub “Ştutqart”ın yarımmüdafiəçisi haqqında bütün lazımi məlumatlara malikdir.

İngiltərənin aparıcı klubları da vəziyyəti diqqətlə izləyir.

25 yaşlı alman futbolçunun sərbəstqalma məbləği 40 milyon avrodur. “Ştutqart”ın Çempionlar Liqasına vəsiqə qazanması futbolçunun gələcək taleyində həlledici ola bilər.

Ştiller bu mövsüm Bundesliqada 31 oyunda 2 qol vurub və 5 məhsuldar ötürmə edib.

Shares: