“Mançester Yunayted” yarımmüdafiəçisi Kobbi Meynu ilə müqavilənin müddətini uzadıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə “qırmızı şeytanlar”ın mətbuat xidməti məlumat yayıb.
21 yaşlı futbolçu ilə yeni anlaşmanın müddəti 2031-ci ilin ortalarına qədər nəzərdə tutulub. Yeni müqavilədən sonra ingiltərəli futbolçunun maaşı da artacaq.
Meynu “Mançester Yunayted”in yetirməsidir. O, əsas komandada keçirdiyi 98 oyunda 7 qol vurub və 5 məhsuldar ötürmə verib.






