2025/26 mövsümündə Avstriya kubokunun qalibi müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, finalda LASK və “Altax” klubları üz-üzə gəlib.
Matçın əsas vaxtında qalib aşkarlanmayıb – 2:2. Əlavə vaxtda daha iki dəfə fərqlənən LASK ölkə kubokunun qalibi olub – 4:2.
Bununla da, LASK 117 illik tarixində ikinci dəfə Avstriya kubokunu qazanıb. Lins təmsilçisi buna qədər 61 il əvvəl, 1965-ci ildə ölkə kubokunun qalibi olmuşdu.





