MBA-da bu gecə 3 oyun baş tutub. Onlardan ikisində seriya başa çata bilərdi. Lakin hər iki seriyada geridə olan komandalar qələbə qazanıb.
“Detroyt Pistons” evdə Orlando komandasına qalib gəlib – 116:109. Kanningem görüşü 45 xalla tamamlayıb. Məhz bunun sayəsində Detroyt təmsilçisi ümumi hesabda fərqi azaldıb – 3:2.
Eyni hadisə “Leykers” ilə “Rokets” arasında yaşanıb. Los Ancelesdə keçirilən qarşılaşmada qonaqlar qələbə qazanıblar – 99:93. Ən çox xalı Lebron Ceyms toplayıb. Lakin bu, məğlubiyyətdən xilas olmağa imkan verməyib. Seriyada “Leykers” 3:2 öndədir. Növbəti oyun Hyustonda keçiriləcək.
Klivlenddə meydan sahibləri seriyanın 5-ci oyununda qalib gələrək (125:120) önə keçiblər. Burada ən çox xalı Toronto komandasının üzvü Barret qazanıb. Onun aktivində 25 xal var. Meydan sahiblərindən Harden 23 xal yığıb.





