İyunun 11-də Azərbaycan millisi ilə yoldaşlıq görüşü keçirəcək Qazaxıstan yığması ciddi itki ilə üzləşə bilər.

Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, komandanın lideri Baxtiyar Zaynutdinov Macarıstanda təşkil olunacaq oyunu buraxacaq. Buna səbəb apreldə zədələnən “Beşiktaş”ın yarımmüdafiəçisinin komandasına yeni qoşulmasıdır.

Millinin məşqçilər korpusu 26 yaşlı orta sahə oyunçusunun fiziki cəhətdən hazır olmadığını düşünür və onu riskə atmamaq üçün istirahət imkanı verməyi planlaşdırır. Qazaxıstanlılar iyunun 2-də Almatıda bir araya gələrək qısamüddətli təlim-məşq toplanışı keçəcək.

Qeyd edək ki, Azərbaycan – Qazaxıstan matçı Sombatxey şəhərinin “Haladas SportKomplexum” stadionunda keçiriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp