Göyçay şəhər stadionunda Daxili İşlər Nazirliyinin rayon polis şöbəsinin və rayon üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə “Sağlam bədəndə sağlam ruh” devizi altında yarış keçirilib.
Kross və turnikdə dartınma hərəkətləri üzrə rayon birinciliyində 20-25 yaşlarında 40-a yaxın gənc iştirak edib. Hər iki idman növü üzrə ilk 3 yeri tutan idmançılar diplom və hədiyyələrlə mükafatlandırılıb.